Hər iki vacib matçı səbirsizliklə gözləyirik.
Bakıvaxtı.az xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Aleksander İsak UEFA Millətlər Liqasında Slovakiya və Azərbaycan komandalarına qarşı keçirəcəkləri oyunlarla bağlı yerli assosiasiyanın rəsmi sayına açıqlamasında deyib.
İngiltərənin "Nyukasl" klubunda çıxış edən 25 yaşlı hücumçu kollektivdə hamının pozitiv olduğunu bildirib:
"Milliyə qayıtmaq hər zaman əyləncəlidir. Biz bu matçlara hazır olacağıq. Slovakiya ilə görüş final olacaq".
Qeyd edək ki, İsveç seçməsi noyabrın 16-da Slovakiya, bundan üç gün sonra Azərbaycan yığmasını qəbul edəcək. O, hər iki oyunda meydana çıxsa, Azərbaycanla qarşılaşma forvardın millidəki 50-ci matçı olacaq.
İsveç və Slovakiya C Liqasının 1-ci qrupunda 10 xalla 1-2-ci yerləri bölüşdürürlər. Üçüncü sıradakı Estoniyanın 3 xalı varsa, əvvəlki dörd görüşdə uduzan yığmamızın xalı yoxdur.