• Bakı C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Elman Paşayevin həbs müddəti uzadıldı

DÜNYA

13 Noyabr 2024 | 22:15

Elman Paşayevin həbs müddəti uzadıldı

Hərbi məhkəmə keçmiş vəkil Elman Paşayevin həbs müddətini yanvarın 15-dək uzadıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Xatırladaq ki, keçmiş vəkil xüsusilə böyük miqyasda dələduzluqda şübhəli bilinir.

Müstəntiqlərin bildirdiyinə görə, 2024-cü ilin fevralında Paşayev bloger Yelena Blinovskayanın əri Aleksey Blinovski ilə Moskvada şəxsi görüşü zamanı onu inandırıb ki, külli miqdarda pul mükafatı müqabilində onları əvvəllər başlanmış cinayət məsuliyyətindən azad etmək imkanı var. Razılığa gələn Paşayev Blinovskidən 18,5 milyon rubl və 300 min dollar alıb.


SON XƏBƏRLƏR

26 Dekabr 2024