Almaniya Kansleri Olaf Şoltz parlamentdə dövlət büdcəsi məsələləri ilə bağlı çıxışı zamanı gülüşə səbəb olub.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, siyasətçi Bundestaqda ölkəsinin öz büdcəsini düzgün idarə etməyi bacardığını deyib.
Şoltz “Almaniyanın pullarını yaxşı idarə etdiyi üçün fəxr edirəm” dedikdən sonra zalda gülüş səsləri eşidilib.
Kansler qısa müddət fasilə verməli və sonra çıxışını davam etdirməli olub.
Qeyd edək ki, Almaniyada ciddi iqtisadi böhran yaşanır. 2023-cü ilin noyabrında Federal Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin 2021-ci il əlavə büdcəsindən koronavirusla mübarizə üçün ayrılmış 60 milyard avronun İqlim və Çevrilmə Fondundakı ətraf mühit və iqlim layihələrinə yenidən bölüşdürülməsi barədə qərarını qanunsuz hesab edib.
Bu, Almaniyada ciddi büdcə böhranına səbəb olub. Məhkəmənin qərarı və 60 milyard avronun bloklanması səbəbindən təkcə 2024-cü il üçün adi dövlət büdcəsində 17 milyard avroluq boşluq yaranıb ki, bu da öz növbəsində 2025-ci ilin büdcəsinə təsir edib.
Görüntüləri təqdim edirik: