• Bakı 11° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Nazir İFAD-ın prezidenti ilə görüşdü - FOTOLAR

CƏMİYYƏT

13 Noyabr 2024 | 18:41

Nazir İFAD-ın prezidenti ilə görüşdü - FOTOLAR

Nazir Məcnun Məmmədov Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) prezidenti Alvaro Larionun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Azərbaycan və İFAD arasında kənd təsərrüfatı sahəsində səmərəli əməkdaşlığın davam etdirilməsində maraqlı olduğu vurğulanıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. 

Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, ölkəmizin qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğunu, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığa önəm verdiyini vurğulayıb.Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Kənd Təsərrüfatının İnkişafı üzrə Beynləxalq Fondu (IFAD) ilə əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırılıb. 

İFAD prezidenti Alvaro Lario öz növbəsində təmsil etdiyi qurumun fəaliyyəti, müxtəlif ölkələrdə həyata keçirdikləri kənd təsərrüfatı layihələri barədə geniş məlumat verib, Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq imkanlarından danışıb. O, Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verildiyini vurğulayıb. 

Görüşdə İFAD ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, Azərbaycanın yeni aqrar inkişaf strategiyasına uyğun olan layihələrin reallaşdırılması imkanları nəzərdən keçirilib. Tərəflər gələcək əməkdaşlıq üçün aqrar sahədə məhsuldarlığın daha da artırılması, fərdi təsərrüfatlara dəstək və ərzaq təhlükəsizliyinin təmin olunması, təbii sərvətlərin və ekoloji tarazlığın qorunması, aqro-ərzaq sistemlərinin rəqəmsal transformasiyası, qida istehsalı və emalı sahəsində beynəlxalq standartlara cavab verməklə ixrac potensialının artırılması, aqrar sahədə təhsil, təlim və elmi-tədqiqat işlərinin gücləndirilməsi, kənd yerlərinin və icmaların davamlı inkişafı üçün dayanıqlı kənd təsərrüfatı sisteminin qurulması mövzuları ətrafında fikir mübadiləsi aparıblar.


SON XƏBƏRLƏR

26 Dekabr 2024