Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Rakuv"un heyətində Polşa çempionatında ilk qolunu vurub.
Bakıvaxtı.az-ın məlumatına görə, 29 yaşlı hücumçu II turda "Şlyonsk" komandasına qarşı səfər oyununda fərqlənib.
Start heyətində meydana çıxan forvard 60-cı dəqiqədə hesabı açıb.
Qeyd edək ki, bu, Mahir Emrelinin "Rakuv"un heyətində ikinci qolu olub. O, daha əvvəl UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Malta təmsilçisi "Valletta" ilə debüt matçında da rəqib qapısına yol tapmışdı.
Bakı 











