• Bakı 26° C

    1.3 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Bilgəhdə 21 yaşlı gənc dənizdə batıb - YENİLƏNİB
HADİSƏ
02 Avqust 2026 | 23:26

Bilgəhdə 21 yaşlı gənc dənizdə batıb - YENİLƏNİB

02.08.2026-cı il tarixində saat 17:10 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisindən suda boğulma hadisəsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, dərhal hadisə yerinə briqada cəlb olunub. 2 nəfər (kişi) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

20:56

Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar; 2001-ci il təvəllüdlü Fətəliyev Məhəbbət Şövkət oğlu, 2000-ci il təvəllüdlü Mustafayev Sahil Bəhruz oğlu, 2001-ci il təvəllüdlü Cəlalov Elbrus Zümrüd oğlu xilas edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

***

20:24

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bakıvaxtı.az-a bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2005-ci il təvəllüdlü Pirməmmədov Niyaz Vasif oğlunun meyiti suda çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Avqust 2026