• Bakı 26° C

    1.3 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır
DÜNYA
03 Avqust 2026 | 23:05

Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır

ABŞ Prezidenti Donald Tramp hazırda İranla danışıqların davam etdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o bunu Ağ Evdə məsləhətləşmələrin gedişatı ilə bağlı sualı cavablandırarkən deyib.

"Bu, təəccüblüdür. Bu dəfə onlar bunu inkar etmirlər. Amma nədənsə, danışıqlar apararkən danışıqlar apardıqları barədə danışmaq onların xoşuna gəlmir", - Tramp qeyd edib.

Onun sözlərinə görə, ABŞ və İran avqustun 4-dək Hörmüz boğazında normal gəmiçiliyin bərpasını müzakirə edir. Tramp bir daha vurğulayıb ki, Vaşinqton Tehranın gəmilərin Hörmüzdən keçidi üçün rüsum almasına imkan verməyəcək.

O həmçinin qeyd edib ki, tərəflərin hazırkı danışıqları Tehran üçün "son şans"dır. Amerika lideri vurğulayıb ki, danışıqlar İranın xahişi, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və digər ölkələrin dəstəyi ilə aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Avqust 2026