Mingəçevirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə M.Maqomayev prospektində qeydə alınıb. Belə ki, avtomobil yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Nəsir Atababayevi vurub. Hadisə nəticəsində piyada müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, vurulan piyada dönərçidir.
Faktla bağlı araşdırma başlanıb.
Murad İsmayıl
Bakı 











