Mingəçevirdə 21 yaşlı gənc atdan yıxılıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Energetik yaşayış massivində baş verib.
2005-ci il təvəllüdlü Amil Allahverdiyev at belində ikən müvazinətini itirərək sərt yerə çırpılıb.
Xəsarət alan A.Allahverdiyev təcili xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır
Murad İsmayıl
Bakı 











