• Bakı 13° C

    11.7 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Ərdoğan: Avropada islamafobiya və irqçilik artıb
DÜNYA
02 May 2024 | 16:24

Ərdoğan: "Avropada islamafobiya və irqçilik artıb"

"Türk və müsəlman nifrətindən qaynaqlanan neonasist terrorizmi o həddə çatıb ki, xalqımızın can və mal təhlükəsizliyini təhdid edir". 

Bakıvaxtı.az "Haber Global"a istinadən bildirir ki, bunu Ankarada keçirilən "Beynəlxalq Demokratik Birlik Bacarıqlarının Artırılması və Təlim Seminarı"nda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, bildirib ki, Avropada islamofobiyadan tutmuş irqçiliyə qədər bir çox təhlükələrin artması müşahidə olunur.

"Biz millət olaraq güclü olmalıyıq. Türkiyəni düşmənə çevirməklə heç yerə gedə bilməzsiniz. Nə etsəniz də, antisemitizm ləkəsi bizə yapışmayacaq. Doğru bildiyimizi cəsarətlə səsləndirəcəyik" - deyə Ərdoğan qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

16 May 2024