• Bakı 17° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

İnsan niyə xəyanət edir? - Oğuz Ayvaz yazır
YAZARLAR
02 Noyabr 2021 | 09:50

İnsan niyə xəyanət edir? - Oğuz Ayvaz yazır

Oğuz Ayvaz

Bəşər övladı dünyaya gələndən insan çirklənir və onun genetik kodlarında xəyanətin hüceyrələri dolaşır. Ən çox da sevdiyimiz adamdan sədaqətsizlik, ləyaqətsizlik, xəyanət görəndə içimiz yanır. Budda necə deyirdi, nə qədər çox sevirsən, bir o qədər də əzab çəkirsən.

Xəyanət məni həmişə düşündürən məsələdi. İnsan insana niyə xəyanət edir? Müxtəlif cür xəyanətlər var: sevdiyin adama, vətənə, dostuna, işinə, vicdanına və s. və i.

Sevdiyin adama qarşı etdiyin xəyanət isə hesab edirəm, daha dəhşətlidir. Xüsusən qadının xəyanəti...

Bizim kimi cəmiyyətlərdə qadın xəyanət edirsə onun üstünə balta ilə getməli, hətta öldürməlisən. Çünki bu namus məsələsidir. Xəyanət etmiş qadın cəmiyyətin gözündə fahişədən fərqlənmir. O qadın üçün həyat dözülməz həddə çatır.

Bu günlərdə Türkiyənin ən məşhur rejissorların biri Çağan Irmakın "Mustafa Haqqında Hər Şey” filmini izlədim. Rejissor xəyanəti, insanın təbiətən dərin, sirli varlıq olduğunu təhlil etmişdi. Xoşbəxt ailə qəzayla param-parça olur, həqiqətlər gün işığına çıxır. Kişinin arvadı öz avtomobilində can verir. Məlum olur ki, yanında cavan bir oğlan da varmış. Arvad ölür, cavan oğlan isə sağalır. Əri oğlanı dağ evinə qaçırdıb, ona işgəncələr verir. Oğlan ölən arvadla keçirdiyi günləri ərə nağıl edir. Taksi sürücüsü gənc qadınla sevişdiyini detallarına qədər onun ərinə danışır. Ər eşitdiklərinə inana bilmir, qəzəblənir, oğlanı döyür, söyür, həqiqətlərlə üzləşmək istəmir.

Xəyanət də həqiqət kimidi, insan dərk edə bilmir, inana bilmir. İnsan çirkli məxluqdur. Və biz də ali heyvanıq. İnsanoğlu daxilən özünə yaddı, özünə məhkumdur. Mən xəyanəti heç cürə izah edə bilməyəcəm. Viktor Hüqo isə xəyanət haqda belə deyirdi: "Vətənini rüsvay etmək – ona xəyanət etmək deməkdir.”

Kişi qadından daha çox xəyanət edir. Bu danılmazdır. Qadınlar səbəbsiz xəyanət etmirlər. Əgər kişi qadına diqqət göstərmirsə, onu döyür, incidir və təhqir edirsə, qadın xəyanət edə bilər. Qadın kişini sevmədiyi üçün də xəyanət edir. Ya da ki, əvvəl həyat yoldaşına qarşı istəyi olsa da, indi hissləri soyuyub və o, bu hissləri başqa yerdə axtarır. Kişilər isə qadınlara səbəbsiz xəyanət edirlər. Sadəcə, kişi olduqları üçün. Yəqin ki, tez-tez belə ifadə eşitmisiniz "Kişiyə hər şey olar”. Yəni bu ifadə reallıqda özünü doğruldur. Kişi hətta arvadını sevdiyi halda da xəyanət edir.

Bəs sizlər xəyanəti bağışlayarsınızmı?

Oğuz Ayvaz

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

19 Aprel 2024