• Bakı 21° C

    1.25 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

İran nüvə silahı axtarışında deyil - Pezeşkian
SİYASƏT
28 May 2026 | 22:56

İran nüvə silahı axtarışında deyil - Pezeşkian

İran nüvə silahı axtarışında deyil.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Biz nüvə silahı axtarmırıq, regiondakı gərginliyin səbəbi İsraildir", - o bildirib.

İran Prezidentinin sözlərinə görə, ölkəsi alçaldılma ilə aparılan diplomatiyaya qarşıdır:

"İnsanların 80 gündən artıq meydanda qalması dünyanı heyrətləndirir. Halbuki iki bomba və raketin köməyi ilə bir qrup xainin ölkəni xaosa sürükləyəcəyini düşünürdülər".

M. Pezeşkian bildirib ki, İran dünyanın ən güclü dövlətinə müqavimət göstərib:

"Belə olan halda çətinlikləri qəbul etməliyik, müharibə aparıb hər şeyin adi qaydada davam etməsini gözləmək olmaz”.


SON XƏBƏRLƏR

28 May 2026