ABŞ Prezidenti Donald Tramp Tehranla razılaşmanı qeyri-mümkün hesab edərsə, İrana qarşı hücumlar tezliklə bərpa oluna bilər. Vaşinqtonun səbri sonsuz deyil.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent Ağ Evdə keçirilən brifinqdə bildirib.
"Əgər Prezident Tramp razılığa gələ bilməyəcəyinə qərar verərsə, zərbə variantı geri qayıdacaq", - deyə nazir bildirib.
"Axios" əvvəllər ABŞ və İran danışıqlarının memorandum layihəsi üzərində razılığa gəldiyini bildirsə də, "Tasnim" agentliyi xəbəri şübhə altına alıb. Qeyd olunub ki, İran və ABŞ arasında münaqişənin həlli üzrə saziş layihəsi hələ də razılaşdırılmayıb və təsdiq edilməyib.
Bakı 












