• Bakı 17° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Kalonka” Əfqanın sirri - Oğuz Ayvaz yazır
YAZARLAR
06 Dekabr 2021 | 16:33

“Kalonka” Əfqanın sirri - Oğuz Ayvaz yazır

Oğuz Ayvaz

Şəhərin mərzkəzi küçələrində “kalonka” ilə gəzən oğlan gündəmdən düşmür. Adı Əfqandır. “Kalonka” Əfqan deyirlər ona. Meyxanaya qulaq asa-asa küçələrdə gəzir, dünyadan özünü təcrid edir. Cəmiyyətimizin əksəriyyəti onun yüksəs səslə mahnıya qulaq asmasını qınaq obyektinə çevirir, ağıldan kəm hesab edir.

Əfqan məktəbi tam bitirməyib, elə də savadı yoxdur. Onun varlığı bizi narahat etməməlidir. Hər gün eşitdiyimiz dəhşətli cinayət hadisələrindən, intiharlardan, pandemiyadan, xəstəliklərdən, qiymət artımlarından Əfqanın “kalonka”sı min dəfə pozitivdir. Düzü, şəhərdə onu görəndə diksinmişdim, qulaq asdığı bayağı meyxana ikrah hissi yaratmışdı, amma bir neçə dəfə onu görəndə üzümdə təbəssüm yaranmışdı. Dünyəvi məsələlər, qlobal problemlər onun vecinə deyil. “Kalonka” xoşbəxt edir Əfqanı.

Əfqan kino, ədəbiyyat üçün hazır obraz, personajdır. Qara geyinən, kompleksli, mental toplumun fonunda Əfqandan hekayə yazmaq olar. Adı da hazır: “Kalonka” Əfqan. Qalır bircə oturub soyuq başla hekayəni yazasan. Əlsində o, səmimi, mədəni, utancaqdı. Sadəcə meyxanalar, mahnılar onu yaşadır, həyatın qulpundan tutmağa məcbur edir.

Toplumun bir qismi onun bu vəziyyətə gəlməyində savadsızlığın öndə olduğunu deyir. Savadsızlıqdan ağlını itirib deyirlər. Dünyaya ayıq gözlərlə baxmaq daha dəhşətlidir axı. Ona görə Əfqanın ağıla ehtiyacı yoxdur. O, sadəcə olaraq həyatdan zövq almaq istəyir.

Və təbiidir, səmimidir. Özünü başqalarının gözüylə yaratmır. Necə varsa, elə də yaşayır.

Əfqan cəmiyyətin yaratdığı bir obrazdı. Onun bu günlərdə məşhurluğu, populyarlığı keçicidir. Dünyada da belə tendensiyalar olur. Cəmiyyətlərə, insanlara həmişə təlxəklər, onları güldürən adamlar lazım olub. Amma onlar Çarli Çaplini heç vaxt başa düşməyiblər.

Həyat siz sandığınız qədər sadə və asan deyil. İnsanların əzabları, travmaları, yaşanmış hekayələri var. Onları gözardı edə bilmərik. Əfqanı dəli hesab edən, onun varlığını müzakirəyə çevirənlər dünyanı qəliblərlə görən kəslərdi. Əfqan mənim üçün yaşayan personaj, qəhrəmandır.


SON XƏBƏRLƏR