• Bakı 10° C

    6.89 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Kim uddu, kim uduzdu? - Atəşkəs daha çox davam edə bilər
SİYASƏT
09 Aprel 2026 | 17:36

Kim uddu, kim uduzdu? - Atəşkəs daha çox davam edə bilər

“ABŞ və İran arasında ilkin razılıq əldə edilərkən hiss olunurdu ki, hər iki tərəf yaranmış vəziyyətdən çıxış yolu axtarırlar. Ona görə də çox tələsik qərarlar qəbul edilib”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlham İsmayıl deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran tərəfindən 10 maddəlik tələb irəli sürülüb, amma onların müzakirə olunacağı ilə bağlı heç nə deyilməyib:

“Tehran isə məsələni elə təqdim edirdi ki, sanki atəşkəs 10 maddəlik tələb əsasında gündəmə gəlib. Hiss olunurdu ki, hər iki tərəf daxili auditoriyaya uyğun davranır, ona uyğun açıqlamalar verirlər. Faktiki olaraq, atəşkəs İranda qələbə kimi qarşılandısa, sevinc yaratdısa, ABŞ-də bu, birmənalı qəbul olunmadı. Ona görə də Vaşinqton ilkin çıxışlarına korrektələr etməyə məcbur oldu”.

İlham İsmayıl: Atəşkəs İranda qələbə kimi qarşılandı, ABŞ-də isə...

Müsahibimiz qeyd edib ki, aprelin 10-da İslamabadda danışıqlar başlayacaq, artıq İranın nümayəndə heyəti Pakistandadır. ABŞ-ni danışıqlarda vitse-prezident Ceyms Devid Vens, Stiv Uitkoff və Kuşner təmsil edəcək.

İlham İsmayılın dediyinə görə, Donald Tramp yenidən kəskin bəyanatlar verir ki, əgər müsbət nəticə olmasa, Tehran tələbləri qəbul etməsə, hücumlar davam edəcək:

“Onsuz da silahlı qüvvələrin bölgədən geri çəkilmədiyi deyilir. Məncə, İslamabad görüşləri ehtimal edildiyindən daha çox davam edəcək. Bu da atəşkəsin iki həftədən artıq davam etməsi anlamına gəlir. Əsas məqsəd Hörmüz boğazında keçidin bərpa edilməsidir”.

Aydın Baxış


SON XƏBƏRLƏR