Turinin "Yuventus" klubu Fransa çempionu PSJ hücumçusu Randal Kolo Muaninin transferini elan edib.
Bakıvaxtı.az xəbər verir ki, Fransa millisinin üzvü ilə müqavilə 30 iyun 2031-ci ilə qədər imzalanıb.
Onun transfer haqqı 38 milyon avrodur və dörd maliyyə ili ərzində ödənilməlidir.
Kolo Muani ötən mövsümü Londonun "Tottenhem" klubunda icarə əsasında keçirib və 41 oyunda beş qol vurub.
Hücumçu 2025-ci ildə "Yuventus"a icarəyə verilib.
Bakı 











