• Bakı 10° C

    1.86 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Qalmaqallı prokuror işdən çıxarıldı - FOTOLAR
CƏMİYYƏT
25 Mart 2026 | 22:31

Qalmaqallı prokuror işdən çıxarıldı - FOTOLAR

Adı müxtəlif qalmaqallarda hallanan prokuror Heydər Yusifzadə vəzifəsindən azad edilib.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev Əmr imzalayıb. 

Sonuncu dəfə Xocalı Rayon Prokurorluğuna təyinat alan Yusifzadə, Əmrə əsasən, prokurorluq orqanlarından xaric edilib.

Qeyd edək ki, H.Yusifzadə daha əvvəl Bakı Şəhər Prokurorluğunda və Baş Prokurorluğun Cinayət Təqibindən kənar İcraatlar İdarəsində prokuror, Xətai Rayon Məhkəməsində dövlət ittihamçısı kimi çalışıb. O, bundan əvvəl də nöqsanlara görə Bakıdan Xocalıya göndərilmişdi. Lüks həyat tərzi ilə də gündəmə gələn Yusifzadə keçmiş mərhum prokuror Vəli Yusifovun oğludur.


SON XƏBƏRLƏR

25 Mart 2026