• Bakı C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Müşfiq Abbasov GİLEYLƏNDİ: "Əyri olan düz olana..."

CƏMİYYƏT

25 Mart 2026 | 21:27

Müşfiq Abbasov GİLEYLƏNDİ: Əyri olan düz olana...

Son zamanlar adı tez-tez hallanan keçmiş müstəntiq, hüquqşünas Müşfiq Abbasov sosial şəbəkədə paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, o paylaşımında bu şeiri yazıb: 

"Bu dünyanın tərəzisi səhv çəkir,

Səhv olan bu dünyada kef çəkir.

Bu dünyanın əyrisi çox, düzü az,

Əyri olan düz olana xətt çəkir".

Qeyd edək ki, o fevral ayında 15 sutka həbs cəzası alıb.

M.Abbasov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) suçlu bilinib və barəsində Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.

Murad İsmayıl 

 


SON XƏBƏRLƏR