• Bakı 14° C

    7.7 m/s

  • USD - 1.7

    EUR - 1.7938

    RUB - 1.6915

Qətər səhrasında qatar düz gedir... - Etibar Cəbrayıloğlu yazır
YAZARLAR
19 Noyabr 2022 | 16:35

Qətər səhrasında qatar düz gedir... - Etibar Cəbrayıloğlu yazır

Etibar Cəbrayıloğlu

İlin-günün bu vaxtında futbol üzrə dünya çempionatı olar? Camaat xaşın, gürcü xəngəlinin mövsümünə hələ indi start verir.

Adını dəqiq xatırlamıram, aylar öncə saytların birində pinəçi-politoloqun müsahibəsini oxumuşdum, demişdi ki, yavaş-yavaş dünyanın zayı çıxır. Sabah Qətərdə futbol üzrə Dünya Çempionatının start götürəcəyini düşünəndə pinəçi-politoloqun sözləri yadıma düşür. Zalım oğlu elm dəryası imiş də...

Əvvəllər elə bilirdim ərəb turistlər ancaq Bakının küçələrini, getdikləri və qaldıqları yerləri zibilləyir. Qətər camaatı qışda dünya çempionatı keçirməklə gül kimi futbolun da içini batırdılar. Xarici ölkələrdə, xüsusi ilə Avropa tərəflərdə reyestersiz-filansız işləyən qəzetlər-saytlar bir ucdan yazırlar ki, guya Qətər hökuməti dünya çempionatını sürüşdürüb payız-qış mövsümünə salmaq üçün FİFA-ya rüşvət verib. Sözün açığı, bu işdə rüşvət məsələsinə o qədər də inanmıram, nə ərəblər rüşvət paylayana oxşayır, nə də FİFA rəhbərliyi rüşvət alana. Qatara biletim olmayıb deyə Qətərə getməmişəm, ona görə bilmirəm, orda nazirlikdə, icra hakimiyyətlərində, bələdiyyələrdə rüşvət alıb-verirlərmi? Bizdə 2-3 nazirlikdə, 4-5 icra hakimiyyətində, 6-7 bələdiyyədə rüşvət məsələsi olmuşdu, o məsələ də həll edildi. Alanları tutub atdılar həbsxanaya. Onlar da yəqin ki, orda dünya çempionatına baxa bilməyəcəklər. 

Nə isə, Qətərdə qalmışdıq axı, özü də noyabrın axırında. Mənim üçün çox maraqlıdır, Ermənilərdən xeyir-dua alan İran yığmasının futbolçuları payızda stadionlarda necə qaçacaq? Yarpaq xəngəlinin dəbə mindiyi günlərdə Fransa millisi Qətərdə nə edə biləcək, Mbapppe, Kərim Benzema, Antuan Qrizma topla necə davranacaq? Son açıqlamaları ilə İngiltərədə aləmi qatan Ronaldo xaş mövsümündə Portuqaliya millisinə necə kömək edə biləcək? Camaatın bəh-bəhlə sifariş verdiyi gürcü xəngəlinin süfrələrə gələn vaxtı Messi Qətərdə nə möcüzə göstərəcək? Argentina yığması qrupdakı rəqiblərini necə məğlub edəcək, Noyabrda, dekabrda hokkeyə baxanları ərəblər məcbur edir ki, Braziliya millisinin futbolçularını izləsin, Neymarın, Dani Alvisin, Rafinyanın, Fabinyonun oyununa baxsın. Hələ mən İspaniya yığmasını demirəm. Morato, Karvahal, Serxio Buskets özüləri də girinc qalıb.

Qətər rəhbərliyi yaxşı bilməsə də, futbolun futbol, hokkeyin hokkey mövsümü olmağını FİFA-da bilməli idilər axı. Ya zəlzələdən, ya vəlvələdən, qərar verilib. Amma əvvəlki çempionatlardan fərqli olaraq Qətərdəki mundiala məncə maraq o qədər də böyük deyil. Sabah ilin ən böyük idman hadisəsi-Futbol üzrə növbəti Dünya Çempionatı start götürür, lakin azarkeşlər arasında ajiotaj hiss edilmir. Adətən bu aylarda səhər tezdən xaş, günortadan bir az sonra gürcü xəngəli yeməyi xoşlayan gənc və perspektivli şair Fətulla Eyvanaçıx Gurulla təzə qoşduğu poemasında bu məsələyə də toxunub. İlin-günün bu vaxtında mundial təşkil edənlərə qəti etirazını bildirib:

Qətər səhrasında qatar düz gedir,

Futbol aləmindən xəbərsiz gedir.


SON XƏBƏRLƏR