Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, bu barədə ABŞ ordusu məlumat yayıb.
CBS News-un ABŞ Mərkəzi Komandanlığının (CentCom) sözçüsünə istinadən verdiyi məlumata görə, Yaxın Şərqdə müharibənin başlanğıcından bəri ABŞ ordusu 290 yaralı qeydə alıb ki, onlardan on nəfəri ağır yaralanıb. Sözçü əlavə edib ki, bunlardan 255-i xidmətə qayıdıb.
Hərbçilərin məlumatına görə, 28 fevralda İrana qarşı hücumlar başlayandan bəri, yeddisi Körfəzdə, altısı isə İraqda olmaqla 13 Amerika əsgəri həlak olub.
Aydın Baxış
Bakı 












