• Bakı 13° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Tomas Dinanno: ABŞ Ukraynaya böyük dəstək verməyə davam edir
DÜNYA
26 Mart 2026 | 00:30

Tomas Dinanno: ABŞ Ukraynaya böyük dəstək verməyə davam edir

ABŞ Ukraynaya böyük miqdarda resurs və dəstək verməyə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibinin silahlara nəzarət və neynəlxalq təhlükəsizlik üzrə müavini Tomas Dinanno Konqresinin iclasında bildirib.

"Amerika Birləşmiş Ştatları Ukraynaya böyük miqdarda resurs və dəstək verməyə davam edir. Mövcud proqramların həyata keçirilməsinə davam etdiyinə əmin olmaq üçün bir neçə həftə əvvəl Ukrayna səfiri ilə görüşdüm", - deyə o qeyd edib.

Dinanno vurğulayıb ki, Vaşinqton administrasiyası, şübhəsiz ki, NATO müttəfiqlərinin Ukrayna üçün Amerika ehtiyatlarından silah aldığı PURL təşəbbüsünü fəal şəkildə dəstəkləməyə davam edir.


SON XƏBƏRLƏR

25 Mart 2026