• Bakı 13° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Xaricdən gətirilən avtomobillər gecikə və BAHALAŞA BİLƏR - VİDEO
İQTİSADİYYAT
26 Mart 2026 | 01:08

Xaricdən gətirilən avtomobillər gecikə və BAHALAŞA BİLƏR - VİDEO

Yaxın Şərqdəki münaqişənin ilk təsiri artıq avtomobil daşımalarında hiss olunur. Xüsusilə Körfəz istiqaməti ilə ölkəmizə gətirilməli olan maşınlarda və ehtiyat hissələrində gecikmə riski artıb. Bu isə o deməkdir ki, Dubay üzərindən sifariş edilən avtomobillər əvvəlki müddətdə deyil, daha gec təhvil verilə bilər. Bəzi hallarda eyni problem Koreyadan gələn, amma marşrutu Körfəz xətti ilə qurulan avtomobillərdə də yaşana bilər.

Bakıvaxtı.az xəbər verir ki, ekspert Eldəniz Cəfərov Xəzər Tv-yə bildiirb ki, hazırda söhbət daha çox vaxt itkisi və yol xərclərinin artmasından gedir. Yəni avtomobil bazarında problem ilk mərhələdə maşının gec gəlməsi, sonrakı mərhələdə isə maya dəyərinin yüksəlməsi ilə özünü göstərə bilər. Ən çox risk isə ikinci əl SUV və yolsuzluq avtomobilləri seqmentində görünür. Çünki bu tip maşınların bir hissəsi məhz Dubay və Körfəz üzərindən ölkəyə gətirilir.

Başqa sözlə, hazırda alıcı üçün əsas risk avtomobilin gec təhvil verilməsidir. Proses uzanarsa, bu gecikmə sonradan qiymət artımına da çevrilə bilər.

 


SON XƏBƏRLƏR

25 Mart 2026