"Barselona"nın idman direktoru Deko hazırda "İnter Mayami"də oynayan Lionel Messinin potensial qayıdışı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Bakıvaxtı.az goal.com-a istinadən xəbər verir ki, o deyib:
"Bu, çətin sualdır. Prezident vəzifəsinə seçki kampaniyası zamanı bu barədə ətraflı müzakirələr aparıldı. Messinin adı daim xatırlandı. Messi "Barselona" tarixinin ən yaxşı oyunçusudur. Mənim üçün isə o, futbol tarixinin ən yaxşısıdır.
Hər şeyin bir başlanğıcı, inkişafı və sonu var və bu mövzuda fərziyyələr irəli sürmək mənə mənasız görünür.
"Messinin tam ciddi mənada qayıtma ehtimalı gəldiyimdən bəri heç vaxt müzakirə olunmayıb. Nə Messi, nə də onun nümayəndələri mənə zəng edib "Geri qayıtmaq, oynamaq istəyirəm" deməyiblər. Bunlar sadəcə şayiələr və qeyri-real söhbətlər idi"
Bakı 




