• Bakı C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Naxçıvanda ağır qəza - 4 nəfər xəsarət alıb

CƏMİYYƏT

10 Aprel 2026 | 19:01

Naxçıvanda ağır qəza - 4 nəfər xəsarət alıb

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Babək rayonu Araz kəndi yaxınlığında qeydə alınıb. 67-BN-063 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 67-BM-165 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.

Nəticədə 1977-ci il təvəllüdlü Aminə Ələkbərova, 1970-ci il təvəllüdlü Zülfünaz Fərzəliyeva, 1983-cü il təvəllüdlü Nazim Salmanov və 1963-cü il təvəllüdlü Hikmət Muradov xəsarət alıb. Onlar Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR