Vladimir Putinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev iqtisadi danışıqlar aparmaq üçün ABŞ-yə səfər edib.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə Kremldən bildirilib. Məlumata görə, Vaşinqtonla danışıqlar iqtisadi məsələlərlə bağlıdır.
Kremlin sözçüsü Dmitri Peskov da təsdiqləyib ki, nümayəndə Ukraynada nizamlanma ilə bağlı danışıqlar aparmır. Bu, danışıqların yenidən başlaması demək deyil.
O, əlavə edib ki, K. Dmitriyev iqtisadi məsələlərdən məsul olan qrupa rəhbərlik edir.
Aydın Baxış
Bakı 




