Böyük Britaniyanın Baş naziri Kir Starmer Fars körfəzi ölkələrinə səfəri çərçivəsində Qətərin paytaxtı Dohadadır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, o, həmçinin Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynə də səfər edəcək.
Səfərlər çərçivəsində Starmer ABŞ və İran arasında atəşkəs razılaşmasına riayət olunmasının təmin edilməsi üzrə səyləri, eləcə də Hörmüz boğazının fəaliyyətinin bərpası məsələlərini müzakirə etməyi planlaşdırır.
Britaniyanın Baş naziri hələ görüləcək çox işin olduğunu qeyd edərək, regional tərəfdaşların iştirakı ilə qlobal enerji marşrutlarının bərpasının zəruriliyini vurğulayıb.
Bakı 




