• Bakı 13° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Zelenski ABŞ-ni Türkiyə ilə əvəzləməyi təklif etdi

DÜNYA

10 Aprel 2026 | 14:59

Zelenski ABŞ-ni Türkiyə ilə əvəzləməyi təklif etdi

“ABŞ-nin NATO-dan çıxması halında Avropanın təhlükəsizliyini təmin etmək üçün əlavə ölkələrə ehtiyacı olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Əgər ABŞ həqiqətən də NATO-dan çıxmağı düşünürsə, Avropanın təhlükəsizliyi yalnız Avropa İttifaqına əsaslanacaq. Amma hazırkı formada yox. Hesab edirəm ki, Avropa İttifaqının əlavə ölkələrə ehtiyac duyduğu durum yaranacaq, - dövlət başçısı bildirib.

Zelenskinin fikrincə, bu ölkələr Böyük Britaniya, Ukrayna, Türkiyə və Norveç olmalıdır:

“Onlar Avropanın bir hissəsi olan dörd güclü ölkədir. Böyük Britaniya, Ukrayna və Türkiyənin orduları birlikdə Rusiya ordusundan daha güclüdür. Ukrayna və Türkiyə olmadan Avropa Rusiya ilə rəqabət apara bilməz. Bu dörd ölkə ilə dənizlərə nəzarət edə, səmaları qoruya və ən böyük quru qüvvələrinə sahib ola bilərsiniz”.

Ukrayna Prezidenti izah edib ki, söylədiyi fikirlər təhqiramiz deyil:

“Rusiya 2030-cu ilə qədər 2,5 milyon nəfərlik orduya sahib olmaq qərarına gəlirsə, Avropa təhlükəsizlik və müstəqilliyini necə qoruyub saxlamaq barədə düşünməlidir”./Teleqraf


SON XƏBƏRLƏR