• Bakı 13° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Azərbaycanda əməkhaqqına yeni tələblər QOYULACAQ

SİYASƏT

10 Aprel 2026 | 13:05

Azərbaycanda əməkhaqqına yeni tələblər QOYULACAQ

Milli Məclisdə Əmək Məcəlləsinə və “Gender bərabərliyinin təminatları haqqında” qanuna dəyişikliklər birinci oxunuşda qəbul edilib. Dəyişikliklərin əsas məqsədi – işəgötürənlərin kişi və qadın işçilərə bərabər əməkhaqqı ödəmək öhdəliyini daha dəqiq müəyyənləşdirməkdir.

Bakıvaxtı.az xəbər verir ki, yeni layihəyə görə, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı verməlidir. İşin “bərabər dəyərli” sayılması əmək şəraiti, iş funksiyasının xarakteri və mövcud tarif-ixtisas sorğu kitabçalarına əsasən müəyyənləşdiriləcək.

Bununla bağlı “Gender bərabərliyinin təminatları haqqında” qanunun 9.1-ci maddəsi də yenidən işlənir. Hazırkı norma yalnız eyni dəyərli eyni işi yerinə yetirən kişi və qadınlara bərabər maaş verilməsini nəzərdə tutur. Bu isə bərabər dəyərli, lakin fərqli işləri görən işçiləri əhatə etmir. Yeni redaksiyada isə prinsip genişləndirilir: eyni və ya bərabər dəyərli işlər üçün bərabər əməkhaqqı təmin edilməlidir.

Beləliklə, qəbul edilən dəyişikliklər işəgötürənlərin maaş siyasətində gender bərabərliyinin daha aydın və ədalətli təmin olunmasına yönəlib.

Əli Hüseynov


SON XƏBƏRLƏR