• Bakı 13° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

“İmtahan ətrafındakı müzakirələr yanlış istiqamətdə gedir” – Emin Əmrullayev

CƏMİYYƏT

10 Aprel 2026 | 10:49

“İmtahan ətrafındakı müzakirələr yanlış istiqamətdə gedir” – Emin Əmrullayev

2016-2017-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Dövlət İmtahan Mərkəzinə transformasiyası zamanı əsas məqsədlərdən biri imtahanların yalnız qəbul vasitəsi deyil, eyni zamanda təhsil siyasətində qərarların verilməsi üçün analitik alətə çevrilməsi olub.

Bakıvaxtı.az xəbər verir ki, nazir bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev DİM-in 10 İllik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.

Nazirin sözlərinə görə, həmin dövrdə yalnız struktur deyil, imtahanların məzmununda da ciddi dəyişikliklər edilib: buraxılış imtahanlarına xarici dilin məcburi fənn kimi daxil edilməsi, açıq tipli sualların tətbiqi, abituriyentlərə iki şans verilməsi kimi yeniliklər bu istiqamətdə atılmış addımlardandır.

O qeyd edib ki, təhsildə aparılan dəyişikliklərin nəticələri dərhal görünmür və bunun üçün zaman tələb olunur. Bununla belə, artıq bəzi sahələrdə nəticələr müşahidə edilir. Nazir vurğulayıb ki, son illərdə xarici dil biliklərində artım qeydə alınır, eyni zamanda informatika fənninin qəbul imtahanlarına daxil edilməsi bu sahəyə marağı və şagirdlərin bilik səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldib:

“Təhsil sahəsində dəyişikliklərin ən sürətli təsir mexanizmi məhz imtahanlardır. Bir səhifəlik imtahan bəzən yüzlərlə səhifəlik dərslikdən daha güclü təsir göstərir”.

Nazir həmçinin cəmiyyətdə imtahanlarla bağlı aparılan müzakirələrin əksər hallarda düzgün istiqamətdə olmadığını deyib. Onun sözlərinə görə, xüsusilə sualların çətinliyi ətrafında yaranan müzakirələr faydasızdır: “İmtahan çətin və ya asan olsa da, nəticədə ali təhsil müəssisələrinə eyni sayda tələbə qəbul olunur. Daha bilikli olanlar yenə də üstünlük qazanır və bu, ədalət prinsipini dəyişmir”.

Nazir bildirib ki, sualların çətinliyi ilə bağlı emosional yanaşmalar cəmiyyət üçün real fayda vermir və diqqət daha vacib məsələlərə yönəlməlidir. O əlavə edib ki, hazırda Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında bu istiqamətdə sıx əməkdaşlıq mövcuddur.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR