• Bakı 13° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

ETX Macarıstandan daxil olan müraciət əsasında araşdırma aparıb

CƏMİYYƏT

10 Aprel 2026 | 09:26

ETX Macarıstandan daxil olan müraciət əsasında araşdırma aparıb

Dünyada müşahidə olunan geosiyasi proseslər fonunda əksər ölkələrə qarşı kiberhücumların miqyası artmaqdadır. Bu hücumlar birbaşa ölkəni hədəf almaqla yanaşı, eyni zamanda ölkədə informasiya və kibertəhlükəsizlik tələblərinə cavab verməyən sistemlərdən istifadə etməklə, digər dövlətlərin informasiya sistemlərini hədəfə alırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu istiqamətdə Macarıstanın Milli Kibertəhlükəsizlik Mərkəzindən (NCSC Hungary) daxil olan məlumat əsasında Elektron Təhlükəsizlik Xidmətinin (Milli CERT) Rəqəmsal Təhqiqat Mərkəzi geniş araşdırma aparıb. Təqdim edilmiş texniki göstəricilərin (URL və IP ünvanlar) təhlili nəticəsində hadisənin mənbəyi və xarakteri müəyyənləşdirilib.

Araşdırma zamanı məlum olub ki, yerli təşkilatlardan birinə məxsus veb-resurs kiberhücuma məruz qalıb. Kibercinayətkarlar serverə zərərli kod və fayllar yerləşdirərək ondan digər ölkələrin informasiya sistemlərinə icazəsiz müdaxilə üçün istifadə ediblər. Eyni zamanda, həmin infrastruktur vasitəsilə istifadəçilərin fişinq məqsədli saxta resurslara yönləndirilməsi təmin olunub.

Elektron Təhlükəsizlik Xidmətinin (ETX) həyata keçirdiyi operativ tədbirlər sayəsində zərərli fayllar serverdən tamamilə silinib, potensial boşluqların işlək mexanizmləri yoxlanılıb və informasiya sisteminin normal iş fəaliyyəti bərpa edilib.

Elektron Təhlükəsizlik Xidməti hadisə ilə əlaqədar informasiya sistemləri sahiblərinə bir daha informasiya sistemləri və infrastrukturlarının kibertəhlükəsizlik tələblərinə uyğunluğunun yenidən qiymətləndirilməsini və zəruri təhlükəsizlik tədbirlərinin tətbiqini daim nəzarətdə saxlanılmasını tövsiyə edir.


SON XƏBƏRLƏR