• Bakı 13° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

İki ölkə arasında sürücü vəsiqələri TANINACAQ

CƏMİYYƏT

10 Aprel 2026 | 11:16

İki ölkə arasında sürücü vəsiqələri TANINACAQ

Azərbaycan və Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması ilə bağlı saziş Milli Məclisin plenar iclasında müzakirə olunaraq bir oxunuşda qəbul edilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, sənədə əsasən, hər iki ölkənin səlahiyyətli qurumları tərəfindən verilən daimi və etibarlı sürücülük vəsiqələri qarşılıqlı olaraq tanınacaq və vətəndaşlar əlavə imtahan vermədən həmin vəsiqələri dəyişdirə biləcəklər.

Sazişin məqsədi avtomobil daşımalarının təhlükəsizliyini artırmaq, yol hərəkətini asanlaşdırmaq və sürücülük vəsiqələrinin tanınması prosedurlarını sadələşdirməkdir. Həmçinin müraciət qaydaları, rüsumlar, ekvivalentlik və məlumat mübadiləsi kimi məsələlər də tənzimlənir.

Əli Hüseynov


SON XƏBƏRLƏR