• Bakı 13° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

33 ildir dərsə qayıqla gedib-gəlir - VİDEO

CƏMİYYƏT

10 Aprel 2026 | 10:36

33 ildir dərsə qayıqla gedib-gəlir - VİDEO

İnsan sənətini sevərsə, peşəsinə ürəkdən bağlanarsa, qarşısına çıxan heç bir maneə onu yolundan döndərə bilməz. Belə insanlar üçün çətinliklər sadəcə bir sınaqdır və onlar məqsədlərinə çatmaq üçün hər cür fədakarlığa hazır olurlar.

Bakıvaxtı.az xəbər verir ki, bu cür insanlardan biri də İmişlinin Ağamalılar kəndində rus dili müəllimi işləyən Mübariz Rüstəmovdur. Hansı ki, bu müəllim 33 ildir Zərdabdan Kürü qayığı ilə keçib İmişliyə dərs deməyə gedir.

Əvvəl onun təyinatını Zərdabın ucqar kəndinə veriblər. Lakin sonradan öyrənib ki, qonşu rayon olan İmişlinin Ağamalılar kəndində rus dili müəlliminə ehtiyac var, ona görə də iş yerini bura dəyişib.

İmişlinin deputatı Razi Nurullayev Mübariz Rüstəmovla həmsöhbət olub. O bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

Razi Nurullayev Mübariz Rüstəmovun əməyini yüksək qiymətləndirdiyini söyləyib.

Aynur Babazadə


SON XƏBƏRLƏR