• Bakı 13° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

DİM 10 ildə 6 milyondan çox insanı əhatə edib - Məleykə Abbaszadə

CƏMİYYƏT

10 Aprel 2026 | 10:26

DİM 10 ildə 6 milyondan çox insanı əhatə edib - Məleykə Abbaszadə

Dövlət İmtahan Mərkəzinin 10 illik fəaliyyətinin nəticələrini açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu qurumun idarə heyətinin sədri Məleykə Abbaszadə “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib:

“10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib və bu, sadəcə statistika deyil, bütöv bir nəslin təhsil və həyat trayektoriyasıdır. Sədr qeyd edib ki, DİM artıq yalnız universitetə qəbul mexanizmi deyil, ədalət infrastrukturunun mühüm elementi kimi formalaşıb”.

M.Abbaszadə vurğulayıb ki, qurum vətəndaşı məktəb partasından peşəkar fəaliyyətə qədər müşayiət edir və formalaşdırılan məlumat bazaları dövlətin təhsil və kadr siyasəti üçün etibarlı empirik əsas yaradır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR