• Bakı 13° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Simonyandan Belarus və Rusiyaya SƏRT MESAJ

DÜNYA

10 Aprel 2026 | 12:30

Simonyandan Belarus və Rusiyaya SƏRT MESAJ

“Robert Köçəryan, Serj Sərkisyan, Qaqik Sarukyan, Samvel Karapetyan və keçmiş hakimiyyətlərə bağlı digər qüvvələrin səhifəsi birdəfəlik bağlanmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Spiker Köçəryan, Samvel Karapetyan və digər müxalif qüvvələrin seçki siyahılarını açıqlamasını belə şərh edib:

“Üç müxalifət siyahısı dərc edilib - “Roboserj” siyahısı.

Sadəcə öz işçilərini qarışıq şəkildə - kim kimi xatırlayıbsa, yazıblar, sonra da hər biri bir səhifəsini götürüb dərc edib. Qısa desək, eyni insanlar müxtəlif “qablaşdırma”dadır.

Bu rədd edilmiş keçmişin “qəhrəmanlarının” səhifəsi birdəfəlik bağlanmalıdır. Rusiya-Belarus layihəsi parlament seçkilərində sıfır səs almalıdır. Ermənistan sülhsevər, müstəqil və suveren qalacaq”.


SON XƏBƏRLƏR