Bakıda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işinin məhkəmə baxışı keçirilib.
Bakıvaxtı.az-ın “Unikal”a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə davam etdirilib.
Şahid qismində ifadə verən Salman Məmmədov qeyd edib ki, təqsirləndirilən şəxslə qonşu olub və normal münasibətləri olub.
"Hadisə vaxtı evdə olmamışam. Səhər saat 8-də oğlum zəng elədi ki, Ziyəddin yoldaşını boğaraq öldürüb. Sonradan qonşulardan eşitdim ki, Ziyəddin şunurla yoldaşını boğub".
İfadə verən digər şahid Seyfəddin Quliyev isə təqsirləndirilən şəxsin atası olduğunu deyib:
"Mənim gəlinim bacım qızı olub. Ondan heç bir narazılığım olmayıb. Oğlum da ailəsi ilə normal həyat sürürdü. Onlar 9 il idi ki evli idilər. Hadisə baş verən gün Ziyəddin uşaqları gətirib bizə verdi və dedi ki, yoldaşım xəstədir. Sonra polislər gəldi onun qətl hadisəsi törətdiyini dedilər".
Məhkəmənin növbəti prosesi mayın 1-nə təyin edilib.
Qeyd edək ki,hadisə 2025-ci ilin aprelin 20-də Bakının Əhmədli qəsəbəsində baş verib.
Gənclər yataqxanasında yaşayan 25 yaşli Aysel Qurbanovanın elektik naqili ilə qəsdən boğularaq öldürülmesi barədə polisə məlumat verilib.
İlkin araşdirmalarla məlum olub ki,əvvəl Rusiyada yaşayan Ziyəddin Quliyev hadisədən 2 ay əvvəl Bakıya gəlibmiş.
Ailə münaqişəsi zəminində həyat yoldaşı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ziyəddin Quliyev hadisədən sonra könüllü polisə təslim olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı 





