• Bakı 13° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Firudin Qurbanov Türkmənistanın təhsil nazirinin müavinləri ilə görüşdü

SİYASƏT

10 Aprel 2026 | 15:39

Firudin Qurbanov Türkmənistanın təhsil nazirinin müavinləri ilə görüşdü

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkmənistana səfəri çərçivəsində bu ölkənin təhsil nazirinin müavinləri ilə görüşüb. 

Bakıvaxtı.az xəbər verir ki, görüş çərçivəsində hər iki ölkədə son zamanlar təhsil sahəsində aparılan islahatlar haqqında fikir mübadiləsi aparılıb, nəticələr, problemlər, onların həlli yolları ilə bağlı təkliflər, eləcə də təhsil sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Nazir müavini iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, görüş zamanı müasir texnologiyaların, eləcə də süni intellektin təhsildə tətbiqinin gücləndirilməsinə dair müzakirələrə xüsusi önəm verib.


SON XƏBƏRLƏR