• Bakı 13° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

MEDİA raket buraxılması ilə bağlı iddialara AYDINLIQ GƏTİRDİ

MEDİA

10 Aprel 2026 | 15:33

MEDİA raket buraxılması ilə bağlı iddialara AYDINLIQ GƏTİRDİ

Son günlər sosial şəbəkələrdə Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması barədə əsassız məlumatlar yayılıb. Rəsmi qurumlar bu xəbərlərin həqiqətə uyğun olmadığını bildirərək onları məqsədli dezinformasiya kimi qiymətləndirib.

Bakıvaxtı.az-ın quruma istinadla xəbərinə görə, qeyd olunur ki, regionda mövcud gərginlik fonunda sosial mediada mənbəyi təsdiqlənməmiş məlumatların dövriyyəyə buraxılması ictimai rəydə yanlış təsəvvürlərin formalaşmasına xidmət edir. Bu cür iddiaların ya təxribat məqsədi daşıdığı, ya da məsuliyyətsiz yanaşmanın nəticəsi olduğu vurğulanır.

Məlumatda həmçinin bildirilir ki, müasir texnologiyalar şəraitində raket və digər uçuş aparatlarının hansı istiqamətdən buraxıldığını müəyyənləşdirmək çətin deyil. Region ölkələri, o cümlədən Körfəz dövlətləri yüksək səviyyəli radar və müşahidə sistemlərinə malikdir və bu sistemlər vasitəsilə obyektlərin mənşəyi və trayektoriyası dəqiq müəyyən olunur.

Rəsmi mövqeyə görə, Azərbaycan Respublikası beynəlxalq hüquq prinsiplərinə, dövlətlərin suverenliyinə və regional sabitliyə sadiqdir və belə manipulyativ məlumatların heç bir əsası yoxdur.

Media və sosial şəbəkə istifadəçiləri informasiya yayarkən peşəkarlıq və məsuliyyət göstərməyə, yalnız rəsmi və etibarlı mənbələrə istinad etməyə, şübhəli və manipulyativ xarakterli məlumatların paylaşılmasından çəkinməyə çağırılıb.


SON XƏBƏRLƏR