• Bakı 12° C

    1.65 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Politico: ABŞ Avropada təhlükə kimi qəbul olunur

DÜNYA

10 Aprel 2026 | 13:43

Politico: ABŞ Avropada təhlükə kimi qəbul olunur

Avropa ölkələrində ABŞ-yəmünasibət kəskin dəyişib və Donald Trampın prezidentliyi dövründə Vaşinqton daha çox təhlükə olub.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu, "POLITICO European Pulse" araşdırmasında yer alıb.

Araşdırmaya görə, sorğu Polşa, İspaniya, Belçika, Fransa, Almaniya və İtaliya daxil olmaqla altı əsas Avropa ölkəsində keçirilib. Respondentlərin cəmi 12%-i ABŞ-ni yaxın müttəfiq hesab edir, 36%-i isə onu təhlükə kimi görür. 

ABŞ-yə qarşı ən mənfi münasibət İspaniyada qeydə alınıb. Respondentlərin 51%-i Vaşinqtonu təhlükə sayır. İtaliyada bu göstərici 46%, Belçikada 42%, Fransada 37%, Almaniyada isə 30% təşkil edir. 

Araşdırmada həmçinin qeyd olunub ki, Trampın siyasəti fonunda NATO-ya bağlılığın şübhə altına alınması, müttəfiqlərə tariflər tətbiq edilməsi və İranla müharibə ritorikası Avropada ABŞ-yə etimadı zəiflədib. Respondentlərin 86%-i Avropanın öz müdafiə qabiliyyətini gücləndirməsini dəstəkləyir, 69%-i isə vahid Avropa ordusunun yaradılmasının tərəfdarıdır.

Gülşən Şərif


SON XƏBƏRLƏR