• Bakı 13° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Narkoloji xəstələrin işləməsi ilə bağlı qaydalar sərtləşdirilir

SİYASƏT

10 Aprel 2026 | 12:34

Narkoloji xəstələrin işləməsi ilə bağlı qaydalar sərtləşdirilir

Milli Məclisdə Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, narkoloji xəstələrin işləməsi ilə bağlı qaydalar sərtləşdirilir.

Bakıvaxtı.az xəbər verir ki, siyahısı müəyyən edilən yüksək riskli peşələrə qəbul zamanı işçilər dövlət narkoloji müəssisəsindən tibbi rəy təqdim etməlidirlər. Bu rəy olmadan həmin vəzifələrə işə qəbul qadağan edilir.

Əgər şəxs narkoloji xəstə olduğu halda belə peşələrdə işləyərsə və ya sonradan müayinə zamanı bu hal aşkarlanarsa, əmək müqaviləsinə xitam verilə bilər.

Həm işə qəbul zamanı, həm də işlədiyi dövrdə vaxtaşırı və zərurət olduqda (şübhə yarandıqda) işçilərin narkoloji müayinədən keçirilməsi nəzərdə tutulur və bu xərclər işəgötürən tərəfindən ödəniləcək.

Eyni yanaşma “Narkoloji xidmət və nəzarət haqqında” qanuna da tətbiq edilir: riskli fəaliyyət sahələrində çalışanlar mütəmadi və lazım gəldikdə icbari müayinədən keçməlidirlər.

Layihə Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR