• Bakı 13° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Bu üç marşrutun hərəkət istiqaməti dəyişdirildi

CƏMİYYƏT

10 Aprel 2026 | 09:16

Bu üç marşrutun hərəkət istiqaməti dəyişdirildi

Bakıda üç marşrutun hərəkət istiqamətində dəyişiklik olub.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı "BakuBus" MMC məlumat yayıb.

Bildirilib ki, Maştağa qəsəbəsində Axund Mirzə Əbdülkərim küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq M8 saylı marşrut xətti müvəqqəti olaraq şəhər istiqamətində Mehdi Hüseynzadə küçəsi ilə, 172 saylı marşrut xətti müvəqqəti olaraq şəhər istiqamətində Seyid İbad Ağa küçəsi ilə hərəkət edir.

Bundan başqa, Sahil qəsəbəsində Vaqif Ələkbərov və Emin Quliyev küçələrində yolda yaranmış çuxurlarla bağlı 149 saylı marşrut xətti son dayanacağa gedə bilmir. Marşrut müvəqqəti olaraq Sahil qəsəbəsində Rövşən Rzayev parkının yanında dayanır.


SON XƏBƏRLƏR