"Yuventus" baş məşqçisi Luçano Spalletti ilə müqavilənin müddətini uzadıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.
67 yaşlı mütəxəssisin əvvəlki sözləşməsinin müddəti 2025/26 mövsümünün sonunda başa çatmalı idi.
Qeyd edək ki, Spalletti 2025-ci il oktyabrın sonunda "Yuventus"un baş məşqçisi təyin edilib. Turnin klubu hazırda İtaliya A Seriyasında 57 xalla 5-ci pillədə qərarlaşıb.
Bakı 




