Aprel ayı astroloji baxımdan kifayət qədər gərgin dövr hesab olunur. Planetlərin aktiv hərəkəti və xüsusilə Mars enerjisinin güclənməsi bəzi bürclər üçün riskli günlərin başlanğıcını göstərir.
Bakıvaxtı.az-ın məlumatına görə, mütəxəssislər xəbərdarlıq edir ki, bu dövrdə tələskən qərarlar və emosional davranışlar ciddi problemlərə yol aça bilər.
Xüsusilə iki bürc var ki, onları qarşıdakı günlərdə daha diqqətli olmaq gözləyir.
Tərəzi
Bu dövrdə maliyyə və işlə bağlı qərarlarda risk artır. Astroloji proqnozlara görə, yeni investisiyalar və tələskən addımlar uğursuz nəticələnə bilər. Səbirli olmaq və qərarları təxirə salmaq daha doğru seçim olacaq.
Qoç
Enerjiniz yüksək olsa da, bu sizi səhvlərə sürükləyə bilər. Tələskənlik və emosional qərarlar həm maddi, həm də şəxsi həyatda problemlər yarada bilər. Xüsusilə diqqətsizlik qəza və ya mübahisə riskini artırır.
Astroloqlar bildirir ki, bu günlərdə ən vacib məsələ səbirli olmaq və riskdən uzaq durmaqdır. Əks halda kiçik səhvlər daha böyük problemlərə çevrilə bilər.
Aynur Babazadə
Bakı 




