Buxarest "Dinamo"sunun yeni stadionuna Mirça Luçeskunun adı veriləcək.
Bakıvaxtı.az xəbər verir ki, "Mediafax" nəşrinin məlumatına görə, köhnə arenanın yerində inşa edilən yeni stadion "Dinamo Mirça Luçesku" adlanacaq.
Xatırladaq ki, M.Luçesku 80 yaşında vəfat edib. O, futbolçu kimi karyerasının 12 ilini "Dinamo"ya həsr edib, 1985/1990-cı illərdə Rumıniya paytaxtının təmsilçisinin, 1966/1979-cu illərdə isə Ruminiya millisinin baş məşqçisi olub.
Bakı 




