44 günlük Vətən müharibəsinin şəhidi Tofiq Əmirlinin atası, Müsavat Partiyasının Məclis üzvü Şəmsəddin Əmirli vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Ş.Əmirli uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, Cəlilabad rayonunun Privolnoye kəndində dəfn olunacaq.
Qeyd edək ki, Şəmsəddin Əmirli 1964-cü ildə Cəlilabad rayonunun Privolnoye kəndində anadan olub
Onun oğlu Tofiq Əmirli Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsində xidmət edib. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasında qəhrəmanlıq, igidlik, mərdlik və cəsarət nümayiş etdirib.
Gizir Tofiq Əmirli ölümündən sonra "Vətən uğrunda”, "Vətənə xidmətə görə”, "Xocavəndin azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!/Yeni Sabah
Bakı 





