Ermənistan və Gürcüstan sərhədində yerləşən Bavra kəndi yaxınlığında 3,3 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Episentrdə yeraltı təkanlar Rixter şkalası üzrə 4-5 bal gücündə olub.
3 bal gücündə zəlzələ Şirak bölgəsinin Bavra, Saragyuh, Kazançı və Aşotsk kəndlərində, eləcə də Lori bölgəsinin Pahahpyur və Noramut kəndlərində hiss olunub.
Bakı 




