Amerikalı iş adamı Bill Qeyts Ceffri Epşteyn işi çərçivəsində ABŞ Konqresinin Nümayəndələr Palatasında ifadə verəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə MS NOW telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Bill Qeyts iyunun 10-da Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsində and içərək ifadə verəcək.
Bildirilir ki, daha əvvəl onun mayın 19-da ifadə verəcəyi gözlənilirdi. Komitə rəhbəri Ceyms Komer iş üzrə bir neçə şəxsi də dinləməyə dəvət edib.
Bakı 




