• Bakı C

    10.31 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

İrana dəyən zərər necə ödəniləcək?

DÜNYA

08 Aprel 2026 | 08:37

İrana dəyən zərər necə ödəniləcək?

“ABŞ zənginləşdirmə hüququnu tanısa, İran nüvə silahından imtina edə bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fars” agentliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, Birləşmiş Ştatlar uranın zənginləşdirilməsi hüququnu tanıyacağıı təqdirdə, rəsmi Tehran nüvə silahı istehsalından imtina etməyə hazırdır.

İran tərəfi zənginləşdirmə səviyyələri ilə bağlı danışıqlara açıq olduğunu bəyan edib.

Təklif olunan razılaşmaya əsasən, İrana qarşı tətbiq edilən bütün sanksiyaların tam ləğvi, ölkəyə dəyən iqtisadi zərərin kompensasiyası üçün investisiya və maliyyə fondlarının yaradılması, razılaşmanın BMT səviyyəsində rəsmi qətnamə kimi qəbul edilməsi nəzərdə tutulur.

"Bununla yanaşı, Hörmüz boğazı ilə bağlı razılaşmada gəmilərin İran nəzarəti altında məhdud keçidinə icazə verilməsi və təhlükəsiz keçid protokollarının tətbiqi planlaşdırılır", - məlumatda vurğulanır.


SON XƏBƏRLƏR