• Bakı C

    10.31 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Quterreş ABŞ-İran atəşkəsini alqışladı

DÜNYA

08 Aprel 2026 | 08:32

Quterreş ABŞ-İran atəşkəsini alqışladı

BMT Baş katibi Antonio Quterreş ABŞ Prezidenti Donald Trampın İranın şərtlərini qəbul etməsi və atəşkəsi alqışlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

Baş katib regionda davamlı və hərtərəfli sülhə yol açılması üçün Yaxın Şərqdəki hazırkı münaqişənin bütün tərəflərini beynəlxalq hüquq üzrə öhdəliklərinə əməl etməyə və atəşkəsin şərtlərinə riayət etməyə çağırır.

Dujarrik qeyd edib ki, Quterreş mülki vətəndaşların həyatını qorumaq üçün savaşa son qoyulmasını vacib sayıb.


SON XƏBƏRLƏR