• Bakı C

    10.31 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Rutte Vaşinqtona gedir, Trampla görüşəcək

    DÜNYA

    08 Aprel 2026 | 09:53

    Rutte Vaşinqtona gedir, Trampla görüşəcək

    NATO-nun Baş katibi Mark Rutte çərşənbə günü ABŞ-a səfər edəcək və aprelin 12-dək Vaşinqtonda olacaq.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO-nun Brüsseldəki qərargahından məlumat verilib.

    Məlumata görə o, ABŞ Prezidenti Donald Tramp, Dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset ilə görüşəcək.

    Rutte aprelin 9-da Ronald Reyqan Prezident Fondu İnstitutu tərəfindən təşkil edilən müzakirədə çıxış edəcək, aprelin 10–12-də isə Bilderberq Klubunun konfransında iştirak edəcək.

    Səfər Trampın Avropa NATO müttəfiqlərini Yaxın Şərqdəki hərbi əməliyyatlarda iştirak etməmələri və Ukraynaya silah tədarükünü dayandırmaqla bağlı tənqid etməsindən sonraya təsadüf edir. ABŞ Prezidenti hesab edir ki, müttəfiqlərin Hörmüz boğazında əməliyyatdan imtina etməsi onun nüfuzuna zərbə vurub.


    SON XƏBƏRLƏR