• Bakı 11° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Şəmkirdəki qətllə bağlı cinayət işi başlandı

CƏMİYYƏT

05 Aprel 2026 | 15:46

Şəmkirdəki qətllə bağlı cinayət işi başlandı

Şəmkir rayonu ərazisində Ramal Quliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şəmkir rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı yetkinlik yaşına çatmayan şəxs tərəfindən rayonun Kür qəsəbəsi ərazisində Ramal Quliyevin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Yetkinlik yaşına çatmamış rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


SON XƏBƏRLƏR

08 Aprel 2026